Modern.az

Horadizdə 10 hektarlıq istixana yaradılıb

Horadizdə 10 hektarlıq istixana yaradılıb

29 Mart 2017, 11:35

Füzulinin Horadiz şəhərinin inzibati ərazisində iş adamı tərəfindən 10 ha sahədə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana kompleksi yaradılıb.
Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, istixana kompleksində müasir texnoloji avadanlıqlar qurulub, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri yaradılıb.
İstixana kompleksində ilkin mərhələdə pamidor və xiyar yetişdirilməsi nəzərdə tutulub. Burada istehsal olunacaq ixrac yönümlü məhsullar rayonun daxili bazarları ilə yanaşı, respublikanın müxtəlif regionlarında da satılması və gələcəkdə xaricə ixrac  nəzərdə tutulub. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 30 məcburi köçkün burada daimi işlə təmin olunub.  


“Füzuli rayon İcra Hakimiyyəti  respublikanın hansı bölgəsində olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yeni iş yerləri açaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə çağırır”,-deyə İH bəyan edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!