Modern.az

Ağasəlim Mircavadov: “Futbolun inkişafı üçün təməli bərkitmək lazımdır”

Ağasəlim Mircavadov: “Futbolun inkişafı üçün təməli bərkitmək lazımdır”

29 Mart 2017, 12:28

Son illər Azərbaycanda futbola böyük pullar yatırılır. Futbola böyük diqqət ayrılsa da, komandalarımız hələ ki ciddi uğura imza ata bilmirlər. Doğrudur, son illər “Qarabağ” klubunun timsalında hansısa uğurlardan danışmaq olar. Amma məsələn, milli komandamızla bağlı bunu söyləyə bilmərik.
Futbolumuza bu qədər vəsait xərclənir, xaricdən legionerlər, məşqçi korpusu gətirilir, ciddi inkişafa isə nail ola bilmirik. Səbəblər nədir?


Tanınmış məşqçi Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında bildirib ki, futbolun inkişafı üçün təməli bərkitmək lazımdır.

“Ən əsas olan məsələ - futbolla məşğul olan peşəkarlar öz yerlərində olmalıdırlar. Futbol başqa idman oyunlarından çox fərqlənir. Futbolun inkişafı üçün meydançalar, məhəllə futbolu lazımdır, məktəblərdə, universitetlərdə idmana çox fikir verilməlidir.

Ölkədə futbolu inkişaf etdirmək üçün əvvəl onun təməlini möhkəmləndirmək lazımdır. Bunun üçün uşaq futboluna diqqət yetirilməlidir. Bölgələrdəki istedadlı uşaqları aşkar edilərək,  mükəmməl şəkildə hazırlanmalıdır, ondan sonra futbolun həqiqi inkişafından danışmaq olar. Rayonlarımızda stadionlar həddindən artıq azdır. Stadionlar daha çox Bakıdadı, o da ödənişli olduğu üçün çox adam yararlana bilmir.

Bu problemi aradan qaldırmaq üçün dəyirmi masa ətrafında müzakirələr aparılmalıdır. Gənc futbolçular təcrübəli futbolçuların təcrübəsindən yararlanmalıdır. Azərbaycan Futbol Federasiyaları Asossiasiyası futbolun inkişafı üçün xeyli addımlar atıb. Məşqçilərə dərslər keçirilir, xarici ölkələrə kurslara göndərilir.
Amma futbolun inkişafı üçün hamı öz üzərində çalışmalıdır. Bizim yaxşı futbolçularımız çoxdu, onlar öz üzərində davamlı olaraq işləsələr, yaxşı nəticələr əldə etmək olar”.

 

Qafar Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?