Modern.az

Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI

Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI

29 Mart 2017, 15:51

Azərbaycanın avtomagistral yollarında baş vermiş qəzaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 2006 yol nəqliyyat hadisəsi baş verib.

Respublikanın avtomagistral yollarda isə 260 yol qəza hadisəsi qeydə alınıb. Qəza nəticəsində 759 nəfər ölüb, 2003 nəfər isə yaralanıb. Ölənlərin 34 nəfəri 9 yaşdan kiçik, 16 nəfəri 10-14 yaşında, 536 nəfər 25-64 yaşında, 105 nəfərin isə yaşı 65-dən çox olub.  Yaralanların isə 80 nəfəri 9 yaşdan kiçik, 1437 nəfəri 25-64 yaşında, 89 nəfərinin isə 65-dən çox  yaşı olub

Baş vermiş hadisələrin 883-ü gündüz, 393-ü toran vaxtı, 730 nəfəri isə gecə vaxtı baş verib.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub