Modern.az

Düşənbədəki səfirliyimizdə soyqırımı qurbanları anıldı

Düşənbədəki səfirliyimizdə soyqırımı qurbanları anıldı

30 Mart 2017, 21:35

Azərbaycanın Düşənbədəki səfirliyinində 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilən tədbir keçirilib. Səfirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə  bu ölkədə  akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər. Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycan xalqına qarşı törədilən soyqırımının tarixindən danışıb. Səfir tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verib.

O, həmçinin erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürütduyu etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Səfir Abbasəli Həsənov ermənilərin türk və müsəlman xalqlarına qarşı törətdiyi çoxsaylı cinayət hadisələrinidən danışaraq, eyni zamanda  ötən əsrin  1915-ci ilndə  Andronikin rəhbərlik etdiyi ermənilərin də Böyük Britaniyanın dəstəyi ilə İranın Qərbi Azərbaycan vilayətində özlərinə dövlət yaratmaq məqsədi ilə Xoy, Salmas, Urmiya, Culfa və digər bölgələrdə 100000 artıq insanı qətlə yetirərək, soyqırım həyata keçirdiklərini, yerli əhalinin böyük itkilər verməsinə baxmayaraq, öz məqsədlərinə nail ola bilmədiyini ,bu hadisələr  haqqında İranın arxivlərində lazımınca sənədlər mövcud olduğunu qeyd edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi