Modern.az

Putinin Krımı ilhaq edən, İŞİD-lə vuruşan xüsusi təyinatlıları – Onlar ABŞ üçün təhlükədir

Putinin Krımı ilhaq edən, İŞİD-lə vuruşan xüsusi təyinatlıları – Onlar ABŞ üçün təhlükədir

30 Mart 2017, 22:28

Qərb ölkələrinin xüsusi təyinatlı qruplardan istifadə edərək dünyanın müxtəlif nöqtələrində uğurlu əməliyyat keçirdiyini nəzərə alan Kreml bu təcrübədən istifadə edərək Xüsusi Əməliyyatlar Komandanlığı yaradıb.

 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “National İnterest” jurnalında məlumat verilir. “Kremlin yaratdığı Xüsusi Əməliyyatlar Komandanlığı ABŞ Quru Qoşunlarının 1-ci xüsusi təyinatlı elit dəstəsi olan “Delta”nın əsasında yaradılıb. Rusiya ilk dəfə 2013-cü ilin martında Xüsusi Əməliyyat Komandanlığının yaradıldığını elan edib. Yeni yaranmış olmasına baxmayaraq, dəstənin üzvləri sürtlə təkinləşdirlər və artıq döyüş təcrübəsi alıblar. Delta yaxud ABŞ Hərbi Dəniz Qüvvələrinin DEVGRU xüsusi təyinatlıları kimi səxavətli təminat almasalar belə Xüsusi Əməliyyatlar Komanadnlığı özünü faydalı birləşmə kimi nümayiş etdirib. “Əlbəttə, rusların onları daşıyacaq xüsusi helikoperlərə yaxud amerikalıların malik olduğu bahalı avadanlığa pulları çatmır” – deyə Hərbi Dəniz Analizi Mərkəzinin rəhbəri Mayk Xofman deyir.

 

 

Hofmanın fikrincə, 2011-ci ildə Pakistanda Usəma Ben Ladenin öldürülməsi zamanı istifadə olunan MH-60 Black HAVK helikopterlərinin analoqları hələ uzun illər Moskvanın arsenalında olmayacaq. Xüsusi Əməliyyatlar Komandanlığının ən böyük uğurları Krım yarımadasının döyüşsüz ələ keçirilməsi hesab olunur. “Xüsusi Əməliyyat Komanadnlığının ən böyük uğuru Ukraynadakı siyasi böhranın ilk mərhələsində Krım yarımadasının, xüsusən yarımadadakı parlament binasının ələ keçirilməsi idi. Bu zaman “nəzakətli insan” termini yarandı və rus xüsusi təyinatlıları xalq arasında bu ifadə ilə məşhur oldular” – deyə Hofman deyir. “Bu elit birləşmə Suriyadakı döyüşlərdə də aktiv iştirak edir. “2015-ci ilin sentybarında Xüsusi Əməliyyat Komandanlığı Suriyada peyda oldu və münaqişədə rolu gündən-günə artmağa başladı. Birləşmə 2015-ci ilin noybarında vurulan SU-24M təyyarəsinin “qara qutu”sunun evakuasiyasından tutmuş, qanadlı raketlərin zərbə vurması üçün koordinatların müəyyən olunmasına, ayrı-ayrı qruplaşmaların döyüş xətlərinin məhvinə, onlara qarşı qisas əməliyyatlarının keçirilməsinə və diversiya aksiyalarına qədər müxtəlif sahələrdə istifadə olunurlar.

 

 

Məlumata görə, Suriyada Xüsusi Əməliyyat Qrupunun 4 üzvü həlak olub ki. onlardan 2-si Hərbi Hava Qüvvələrinin yerüstü zərbələr endirməsi zamana koordinator rolunu oynayıb. Ümmulikdə, xüsusi təyinatlı qrupun 2016-cı ilin yazında Palmiranın və payızda Hələbin alınmasında həlledici rol oynadığı bildirilir”. Amma bütün bunlara baxmayaraq 2 min üzvü olan Xüsusi Əməliyyatlar Komandanlığı ABŞ-ın analoji strukturuna tam oxşamır və hələ formalaşma mərhələsindədir. Rusiya xüsusi təyinatlıların potensialını günü-gündən artırır. Hofmanın fikrincə, dəniz piyadaları və desant briqadaları ilə birlikdə rusiyalı xüsusi təyinatlıların sayı 9,5-10 min nəfər təşkil edir. “Rusiya Xüsusi Əməliyytalar Komandanlığöı Qrupu yeni ordu növüdür. Onun döyüşçüləri 5 istiqamət – paraşütdən tullanma, üzmə, şəhər şəraitində küçə döyüşləri, o cümlədən döyüş zamanı hərbi rəhbərliyin mühafizəsi sahələrində təlim keçir. Ruslar döyüşçülərin təchizatı və snayper hazırlığına da yüksək qiymət verir. Heç şübhəsiz ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri böyük qüvvədir və yaxın illərdə ABŞ-ın analoji qüvvələrinə ciddi rəqabət yarada bilərlər”.

 

 

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər