Modern.az

Uyğurlara çadra qadağan edildi

Uyğurlara çadra qadağan edildi

30 Mart 2017, 22:54

Çin hökuməti müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda çadranın geyilməsinə qadağa qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumlar bu addımı ekstremizmlə mübarizə ilə əlaqələndiriblər.

 

Yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək.  Bundan başqa, çinlilər üçün xas olmayan saqqal saxlamağa da qadağa qoyulub.

 

Əyalətin bir neçə rayonunda qadağa artıq tətbiq edilir. Belə ki, çadralı qadınların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir