Modern.az

Bakı metrosunun sərnişinləri AZALIB - RƏQƏMLƏR

Bakı metrosunun sərnişinləri AZALIB - RƏQƏMLƏR

31 Mart 2017, 10:20

2015-ci il 21 fevral və 21 dekabr devalvasiyalarından sonra vətəndaşların şəxsi avtomobillərdən imtina edərək ictimai nəqliyyata üstünlük verməsi fikirləri formalaşıb. Amma bir tərəfdən də ölkədəki iqtisadi çətinliklərdən dolayı tikinti sektorunda işlər dayandığından bölgələrədən gələn insanların əksəriyyəti paytaxtı tərk edib.

Maraqlıdır, Azərbaycanın nəqliyyat sektorunda əhəmiyyətli yer tutan “Bakı Metropoliteni” QSC-da vəziyyət necədir? Sərnişinlərin sayı artıb yoxsa azalıb?

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a deyib ki, statistik rəqəmlər sərnişin sayının azaldığını göstərir:

 

 

“2014-cü ildə 2015,5 milyon sərnişin istifadə edib ki, onlardan 210,3 milyonu ödənişli olub. 2015-ci ildə 222 milyon sərnişin istifadə edib ki, onun da 215 milyonu ödənişlidir. 2016-cı ildə isə metrodan 217,5 milyon sərnişin istifadə edib, bunun da 211,3 milyonu ödənişli olub”.

 

N.Paşayev bu ilin ilk 3 ayı üçün gözlənilən sərnişin sayının 55, 3 milyon olacağını deyib:

 

“Həmin sərnişinlərdən də 53, 8 milyonun ödənişli olacağını proqnozlaşdırılır. Qalan sərnişinlər metrodan güzəştli istifadə edir”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir