Modern.az

Masallıda 53 yaşlı kişi xlorofos içib intihar etdi

Masallıda 53 yaşlı kişi xlorofos içib intihar etdi

31 Mart 2017, 11:01

Masallı rayonunda intihar hadisəsi olub.

Masallı Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədi ilə kimyəvi məhlul - xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər