Modern.az

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

31 Mart 2017, 11:31

Martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir