Modern.az

FHN fövqəladə hadisələrə hazır vəziyyətə gətirilib

FHN fövqəladə hadisələrə hazır vəziyyətə gətirilib

31 Mart 2017, 13:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlaşdırdığı kimi, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az-a deyib ki, baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınması üçün qurum hazır vəziyyətdədir:

 

“Bizim bütün qurumlar həmişə olduğu kimi paytaxt və rayonlarda külək və fırtınanın törətdiyi fəsadlarla bağlı müraciətləri 112 xidməti vasitəsilə qəbul edir. Əməkdaşlarımız istənilən halda daxil olan müraciətlərə çevik reaksiya verir və operativ şəkildə nəticələri aradan qaldırır”.

 

O.Bayramov hələlik heç bir müraciət daxil olmadığını qeyd edib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı