Modern.az

Tillerson: “Rusiya qarşı mübarizə əsas prioritetlərdən biridir”

Tillerson: “Rusiya qarşı mübarizə əsas prioritetlərdən biridir”

31 Mart 2017, 15:12

ABŞ-ın Dövlət katibi Reks Tillerson Rusiyaya qarşı mübarizəni NATO-nun əsas prioritetlərindən biri adlandırıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

 

“Əsas hədəfimiz heç şübhəsiz ki, bizə və müttəfiqlərimizə təhlükə yaradan İŞİD üzərində qələbə qazanmaqdır. Şimali Atlantika blokunun əsas hədəflərindən biri isə Rusiya aqressiyası və təbliğat maşınına qarşı effektiv mübarizədir”.

 

Onun sözlərinə görə, bu mübarizə həm zorakı. Həm də qeyri-zorakı metodlarla aparılmalıdır.

 

Tillerson NATO-ya üzv ölkələrin Ümum Daxili Məhsullarının 2%-ni hərbi xərclərə ayırmalı olduğunu və məsələnin may ayında keçiriləcək NATO sammitinə qədər həll olunmalı olduğunu deyib.

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir