Modern.az

Efiopiyada “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqtimatı keçirilib

Efiopiyada “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqtimatı keçirilib

31 Mart 2017, 15:15

Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar, Azərbaycanın Efiopiyadakı səfirliyinin və “İRS” jurnalının redaksiyasının birgə təşkliatçılığı ilə “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimatı keçirilib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbir paytaxt Əddis-Əbəbənin ən mühüm tarixi məkanlarından biri olan “MilliTeatrı”nda təşkil olunub. “İRS” jurnalının ilk dəfə Amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına tövhə vermək, ölkəmizin mədəniyyətini və zəngin maddi mədəni irsinin Afrika qitəsində, o cümlədən dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təşviq edilməsi məqsədi daşıyır.

 

Amhar dilində nəşr olunmuş jurnalda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun jurnal oxucularına müraciəti, Azərbaycanda təhsil almış efiopiyalı məzun Dr.Seyfu Tirfunun Azərbaycanda yaşadığı dövrü əhatə edən xoş xatirələri və digər maraqlı materiallar öz əksini tapır. Həmçinin, jurnalda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, Xocalı soyqırımı, ölkəmizin iqtisadi inkişafı və turizm potensialı haqqında oxuculara ətraflı məlumat verilir.

 

Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının Baş redaktoru Musa Mərcanlı, Efiopiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Tewolde Mulugeta, 30-dan artıq diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Efiopiyada fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və tələbə heyəti, yerli mətbuat nümayəndələri və ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları iştirak edib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Elman Abdullayev “İRS” jurnalının təsis edildiyi gündən Azərbaycanın tarixinin və mədəniyyətinin dünyada təbliğ edilməsində xüsusi rol oynadığını qeyd edib. Səfir E.Abdullayev Amhar dilində nəşr edilmiş "İRS" jurnalının Efiopiya ictimaiyyətinə ölkəmizlə yaxından tanış olmaq imkanı yaradacığını, həmçinin xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Təqdimat zamanı T.Mulugeta, H.Hacıyev, M.Mərcanlı və Dr.Seyfu Tirfu çıxış ediblər.

 

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir