Modern.az

“Azər Xanlaroğluya burada hərtərəfli  yardım etməyə hazırıq” - İran Aşıqlar Birliyi

“Azər Xanlaroğluya burada hərtərəfli  yardım etməyə hazırıq” - İran Aşıqlar Birliyi

31 Mart 2017, 15:48

“Azəri yaxşı tanıyıram. Son  zamanlar isə əlaqəmiz olmayıb. Mətbuatdan eşitdim ki, Türkiyədə əməliyyat olunub.

Özü ilə əlaqə yarada bilmirik, amma Tehrana gəlsə, İran Aşıqlar Birliyi tərəfindən burada onu hərtərəfli müayinə etdirib, dayaq olarıq”.

Bunu Modern.az saytına açıqlamasında İran Aşıqlar Birliyinin rəhbəri və təsisçisi Aşıq Səlcuq Şahbazi bildirib.

Güneyli Aşıq Səlcuq  Azərbaycan Aşıqlar Birliyinin Azər Xanlaroğluna yardım etməyə borclu olduğunu bildirib:

“Azər Xanlaroğlu böyük sənətkarın yadigarıdır. Özü də yaxşı sənətkardır. Ona yardım etmək hər kəsin borcudur. 2016-cı il martın 5-də millət vəkili Qənirə Paşayevanın təşkil etdiyi xeyriyyə konsertində iştirak edib, bacardığımı köməyi etdim və orda dedim ki, İran Aşıqlar Birliyi Azərin İranda müalicəsi üçün əlindən gələni etməyə hazırdır. İndi də o fikirdə qalırıq: yenə də ona kömək etməyə hazırıq”.

Qeyd edək ki, uzun müddət hepatit və el arasında “fil xəstəliyi” adlanan damar şişməsindən ciddi əziyyət çəkən aşıq Azər Xanlaroğlu bir neçə gün bundan əvvəl Türkiyədə əməliyyat edilib.


E.Nazimoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi