Modern.az

Ukrayna Ermənistandakı seçkilərə müşahidəçi göndərməyəcək

Ukrayna Ermənistandakı seçkilərə müşahidəçi göndərməyəcək

31 Mart 2017, 16:31

“Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycanla yanaşı, Ukrayna da müşahidəçi göndərməyəcək”.

“Report” xəbər verir ki, bunu martın 31-də jurnalistlərə MDB-nin müşahidə heyətinin rəhbəri Sergey Lebedev deyib.

Onun sözlərinə görə, Ukrayna belə tədbirlərdə çoxdandır iştirak etmir.

Qeyd edək ki, Ukrayna 2014-cü ildə MDB üzvlüyündən çıxdığını elan etsə də, o hələ bu qurumun rəsmi üzvü sayılır.

Onu da xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar