Modern.az

İran səfiri BDU-da olub

İran səfiri BDU-da olub

31 Mart 2017, 16:33

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib, son illər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsindən danışıb. İranın bir neçə ali təhsil ocağı ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışan rektor birgə tədqiqatların aparılması və dərsliklərin, jurnalların hazırlanmasından bəhs edib. Rektor davamlı olaraq fars dili olimpiadası və bayramlarının keçirilməsini, BDU müəllimləri və tələbələrin İran universitetlərində təşkil olunan beynəlxalq konfranslarda iştirakını diqqətə çatdıraraq bu işlərin həyata keçirilməsində səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini yüksək dəyərləndirib, fəaliyyəti başa çatmaqda olan İbrahim İbrahimiyə minnətdarlığını bildirib.

Öz növbəsində, səfir Cavad Cahangirzadə görüş ərəfəsində BDU-nun laboratoriyaları, Nanotexnologiya mərkəzi ilə tanış olduğunu, univesitetdə yaradılan elmi mühitin onda xoş təəssürat oyatdığını, İran universitetləri ilə birgə layihələrin də hər iki ölkəyə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Səfir bu sahədə planlaşdırılan layihələrin reallaşdırılması istiqamətində istənilən dəstəyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə elmi işlər üzrə prorektor, professor Aydın Kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov iştirak edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi