Modern.az

Qafqaz İslam Ordusunun Şamaxıda şəhid olmuş əsgərinin DASTANI

Qafqaz İslam Ordusunun Şamaxıda şəhid olmuş əsgərinin DASTANI

31 Mart 2017, 17:16

Qafqaz İslam Ordusunun Şamaxıda şəhid olan əsgərlərindən biri İzzət bəyin dastanı Əlfayın Əzizin “Azadlıq naminə”kitabında belə təsvir olunub.


“İzzət bəy düşmənin atəşi nəticəsində ağır yaralanır. Əsgərin köməyinə orada olan Gülsabah adında bir qadın yetişir. Gülsabah baş örtüyündən cırdığı parça ilə əsgərin yarasını sarımaq istəyir, İzzət Bəy “bacım qolumu sağlam tut, gülləni çıxarım” deyir. O, gülləni çıxarır. Gülsabahdan cibində olan dəsmalı çıxarmasını xahiş edir. Gülsabah dəsmalı çıxarır və mərmini dəsmala qoyur. İzzət bəy “artıq tamamdır, her şey bitdi, yaramı bağlamağa ehtiyac yoxdu, qanım qoy bu torpağa axsın” söyləyir.
Gülsabah yaranı yırtıq baş örtüsü ilə sarıyır. Halsız, yaralı halda yerdə yatan İzzət bəy atəş səsləri ilə özünə gəlir. Türk Ordusu gəlmişdi. İzzət bəy çox sevinir, həyəcanlanır. İzzət bəyi yaralayan düşmən əsgərini oradakı atışmada vururlar.
Komandir İzzət bəyin yanına yaxınlaşır  və başını dizləri üstünə qoyur. Artıq son anlarını yaşayan İzzət bəy komandirə “bir türk paşasının dizləri üstündə can vermək mənim üçün şərəfdir” deyir. Komadir isə “sən yaşayacaqsan, çoxlu zəfərlər qazanacaqsan” söyləyir.
İzzət bəyin son anlarında şeyx Müsin Quran oxumağa başlayır. İzzət bəy bir ara başını qaldırır,  yanlanındakılardan haqlarını halal etmələrini istəyir. Cibindəki dəsmalı çıxarıb komandirə verərək deyir ki, “paşam, atam Balkanlarda torpaqlarımızı qorumaq üşün savaşarkən, ağır yaralanmış,  bədəninə tuş gələn gülləni çıxardıqdan sora yanındakı silahdaşlarına “bu gülləni oğluma verin,  mən vətənim üçün savaşdım, ruhumu təslim etmək üzrəyəm, ona deyin məni yaralayan bu gülləni öz yanında daşısın, bunu iki eləsin”.

Paşam, atamın vəsiyyətini yerinə yetirdim, onun dediyi kim,i gülləni iki elədim. Hələ qanım qurumayıb, siz də bu gülləni alın, oğluma verin, ona atasının da vətən üçün savaşarkən öldüyünü deyin. Bu güllələrin sayını üçə çıxarsın”.

Bunları deyəndən sonra İzzət bəy şəhid olur. Beləcə, İzzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur. Şəhid olan əsgəri öz vəsiyyətinə görə şəhid olduğu yerdə – Şamaxının yaxınlığındakı Acıdərədə dəfn edirlər. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşür.


Cəlaləddin Qasımov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?