Modern.az

ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başladı

 ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başladı

1 Aprel 2017, 09:23

ABŞ aprelin 1-dən BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) sədrlik etməyə başlayır. Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

BMT TŞ-nın  işlərinə rəhbərliyi ilk dəfə ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsini tutan Nikki Heyli edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Nikki Heyli təşkilatın maliyyələşdirilməsinin azaldılmasının yollarını axtarır.

Hazırda BMT-nin 92 minlik sülhməramlı qüvvələri kontingentinin illik xərci 8 milyard dollar təşkil edir. Bu məbləğin 28 faizini ABŞ ödəyir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər