Modern.az

Dünən ölkədə küləyin sürəti saniyədə 35 metrədək güclənib

 Dünən ölkədə küləyin sürəti saniyədə 35 metrədək güclənib

1 Aprel 2017, 11:12

Dünən Azərbaycanın ayrı-ayrı rayonlarında və Abşeron yarımadasının bəzi yerlərində küləyin sürəti 35 m/s-dək güclənib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Abşeron yarımadası və Abşeron dəniz rayonunda şimal-qərb, şimal küləyinin surəti 20-25 m/s olub, bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib.

Azərbaycanın ayrı-ayrı rayonlarında isə şimal-qərb küləyinin maksimal surəti 20-34 m/s təşkil edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?