Modern.az

“Kapital Bank”da “Dəmiryol” şöbəsi açılacaq

 “Kapital Bank”da “Dəmiryol” şöbəsi açılacaq

1 Aprel 2017, 11:59

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılması üçün icazə verilib.

Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sözügedən bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilib və şöbənin açılmasına dair qərar qəbul edilib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov 24 (2 saylı ASAN Kommunal) ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir