Modern.az

İtaliyada Azərbaycana qarşı TƏXRİBAT: bomba partlatdılar

İtaliyada Azərbaycana qarşı TƏXRİBAT: bomba partlatdılar

Aktual

1 Aprel 2017, 12:07

Azərbaycan qazının Avropaya çıxarılması üçün həyata keçirilən TAP kəmərinin tikintisinə qarşı İtaliyanın cənubunda etirazlar səngimək bilmir.

 

Modern.az saytının xəbərinə görə, bu haqda İtaliyanın “Repubblica” nəşri yazıb.

 

Qeyd edək ki, mühafizə polisi və təhlükəsizlik qüvvələri tikinti işlərinin təhlükəsizliyini təmin etməlidir.

 

Bundan əvvəl aksiya fəalları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

 

Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi “5 Ulduz” hərəkatı və onun yaratdığı “No TAP” ictimai komitəsidir.

 

Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir. Ümumiyyətlə bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil.

Məlumata görə, Leççedəki Tiçiana otelinin qarşısında naməlum şəxslər kustar üsulla hazırlanmış bombalar partladıblar.

 

Hazırda müstəntiqlər baş vermiş hadisə ilə bağlı iki təhqiqat aparırlar.

 

Aqşin KƏRİMOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?