Modern.az

"Koroğlu" yaxınlığındakı avtobusların dayanacaq yeri dəyişdirilir

"Koroğlu" yaxınlığındakı avtobusların dayanacaq yeri dəyişdirilir

1 Aprel 2017, 14:05

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.

 

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

 

O qeyd edib ki, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq:

 

“Məqsəd, paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.

Dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəsisslərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin, bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanılıb”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı