Modern.az

Kürdəmirdə at əti satmaq istəyən ifşa edildi - FOTOLAR

Kürdəmirdə at əti satmaq istəyən ifşa edildi - FOTOLAR

1 Aprel 2017, 16:06

Martın 31-də Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xınıslı kənd sakini Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirilib.

 

Oradakı 10-VH-988 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobilinin yük yerində antisanitar vəziyyətdə, polietilen torbalara yığılmış, satış üçün nəzərdə tutulan 2 baş atın sümükdən ayrılmış 150 kq çəkisində əti, daxili orqanları və atların baş-ayaqları aşkar olunub.

Bu haqda Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

 

Həmçinin, həyətyanı sahədə antisanitar şəkildə at dəriləri, skeletləri, daxili orqanları  və qan laxtaları ilə dolu primitiv quraşdırılmış kəsim yeri, ətləri asmaq üçün qarmaq, müxtəlif alət və ləvazimatlar aşkar edilib.

 

Ona məxsus avtomobilin yük yerinə yığılmış at ətlərdən və daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Anar Bağırov həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib.

 

Xatırladaq ki, bu, Bağırov Anar Ağanəsib oğlunun ilk əməl deyil. Alınan məlumata görə, o, bir xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin 16 aprel 2015-ci il tarixində də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən soyulub ağacdan asılmış vəziyyətdə 2 baş at aşkar edilib.

 

Bağırov Anar Ağanəsib oğluna məxsus avtomobilin yük yerində aşkar edilən sümükdən ayrımış ətlərdən və kəsilmiş atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı