Modern.az

Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin SƏBƏBİ

Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin SƏBƏBİ

1 Aprel 2017, 14:59

“Bu il qışın sərt keçməsi Bakı-Tbilisi-Qars layihəsində işlərin ləngiməsinə səbəb olub”.

 

Modern.az  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

Sədr bildirib ki, bu il Qarsda 47-54 dərəcə şaxta olub. Bu səbəbdən də işlər yubanıb. Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb”.

 

C.Qurbanov aprel ayında türkiyəli nazir Əhməd Arslanla görüşəcəyini də açıqlayıb:

“Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb, işlərin təxminin 10-15 faizi icra olunmamış qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ də davam edir”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir