Modern.az

"Qarabağ"  qalib gəldi, "Neftçi" yenə də uduzdu

"Qarabağ"  qalib gəldi, "Neftçi" yenə də uduzdu

2 Aprel 2017, 22:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. Modern.az "Report"a istinadən xəbər verir ki, həftənin açılış matçından "Sumqayıt" "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikdən sonra daha 3 görüş baş tutub.

"İnter"lə AZAL-ın dueli meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mövsümün başa çatmasına 4 tur qalmış "təyyarəçilər"in elita ilə vidalaşması rəsmiləşib.

Lider "Qarabağ" "Kəpəz"lə matçda məğlub duruma düşsə də, 2 qol vuraraq qalib gəlib və xalını 52-yə çatdırıb.

İkinci sıradakı "Qəbələ" "Zirə" ilə oyunda erkən qol vursa da, üstünlüyü sona qədər qoruya bilməyib. Dumanlı hava şəraitində keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Artıq "qırmızı-qaralar" "Qarabağ"dan 4 xal geri qalırlar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir