Modern.az

Azərbaycan güləşçisi çempion oldu

Azərbaycan güləşçisi çempion oldu

2 Aprel 2017, 23:28

Macarıstanın Szombathely şəhərində təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatının son günündə yunan-Roma güləşçiləri arasında keçirilən final mübarizəsinin qalibi Azərbaycan təmsilçisi Murad Məmmədov (59 kq) olub. Modern.az “Report”a istinadən xəbər verir ki, Murad Məmmədov rusiyalı rəqibi Jampolad Lokyayevə qalib gələrək qızıl medal qazanıb.

 

Finalda Azərbaycan idmançısına məğlub olan Jambolad Lokyayev gümüş medal qazanıb. Çempionatda üçüncü yeri Gürcüstan təmsilçisi Dato Çxartişvili və Litvalı idmançı Yustas Petraviçus tutublar.

 

Qeyd edək ki, güləş üzrə U-23 Avropa çempionatında martın 28-də start götürüb. Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. Çempionatda 19-23 yaşlı idmançılar mübarizə aparıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir