Modern.az

Miladdan əvvəlki  era nə üçün geriyə gəlir?

Miladdan əvvəlki  era nə üçün geriyə gəlir?

Aktual

3 Aprel 2017, 09:14

Atif İslamzadə
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

Maddi aləmin içərisində mövcud olan bioloji-fiziki funksiyalar baxımından zaman qavrayışı saat əqrəbi istiqamətində irəliyə doğru getmədədir. Yəni doğumdan ölümə doğru irəliləməkdədir. Lakin mifoloji (dini) zaman anlayışına görə ölüm son deyil, bir haldan başqa hala, bir məkandan başqa məkana keçmədir. Yəni əvvələ qayıdışdır. Allah dərgahına dönüşdür. Demək bu dünyanın və mövcudiyyətin əbədi zamanı irəli yox, geriyə gedən zamandır. Bizim düşüncəmizə görə irəli getməkdə olan zaman əslndə əvvələ getməkdə olan zamandır. Miladdan öncənin mifik düşüncəsində bu hesabla götürülən zaman fiziki prosesləri özünün əbədi gerçəkliyinə tabe edib faktoloji formada eraya qədər geriyə gələn zamandır. Ondan doqquza, doqquzdan səkkizə bu dinamika üzrə sıfıra qədər gələn zaman eradan sonra zaman baxımından əvvəldən axıra getməkdə olan trayektoriya üstündədir. Zamanın milada qədər geriyə gəlməsi fəlsəfəsi ən qədim xalqlarda da, özünü bu fəlsəfəyə uyğunlaşdıran xalqlarda da özünü göstərir. M.ö.də era ona görə geri gəlir ki, tarix (təqvim) ilk insanın dünyaya gəldiyi illə götürülür və təbiidir ki, illər geriyə doğru hesablanır. Çünki ilk insandan əvvələ doğru hesablana bilməz. Bu baxımdan çinlilər m.ö. 2397, yəhudilər m.ö. 3761, hindliər m.ö. 3113, rusiyalılar isə 5509-cu ildən era və təqvimlərini hesablamışlar (R.Əskər “İqlimdən-iqlimə,təqvimdən-təqvimə”  Bakı, İşıq, 1987, 103 s).

  Miladdan öncə hesablanma azalan silsilə üzrə sıfıra qədər gəldikdən sonra mexaniki olaraq yenidən sıfırdan yuxarı çoxalan silsilə üzrə 1+2+3 və s. illərlə sayılaraq bu günə qədər gəlib çıxmışdır. Elə buna görə də əvvəlki eraya İsa peyğəmbərin miladını nəzərdə tutaraq miladdan öncə, sonrakı eraya isə miladın illəri deyilmişdir. Bizim era qavramı da milad anlamında işlənmişdir. Sanki miladdan əvvəlki bir neçə ilin bizə heç dəxli yox imiş. Əvvəlki era bizim era deyilmiş. Onu da qeyd edək ki, bu eranın əslində miladla başlanması miladla deyil, diqqət çəkdiyimiz kimi mexaniki təqvim hadisəsi ilə bağlıdır. Onu da qeyd edək ki, eranı bəzən 1000 il hesab edirlər. Ancaq bu yanlış mülahizədir. O zaman belə çıxır ki, bizim indi yaşadığımız era miladın üçüncü erasıdır. Ancaq aydındır ki, bu belə sayılmır. Ciddi ensiklopedik lüğətlərdə era sözü an mənası verir. Bu bizim  müddəalarımızın bir daha təsdiqi, təqvimə dini-fəlsəfi baxışdır. Çünki keçən maddi zaman bizim düşüncəmizdə uzun dövrləri əhatə etsə də, tarix üçün bir andan ibarətdir. Qurani-Kərimdə “Allah qatındakı bir gün sizin min ilinizə bərabərdir” kimi ayətlərin Uca Allah tərəfindən bəyan edilməsi də, məhz era anlayışının an mənası verməsinin əsl mahiyyətini ortaya qoyur. İnsanlar yaxşı bilmişlər ki, yaşadıqları dövr Allah qatında bir an kimidir. Xalq deyimlərində “ömür bir göz qırpımında keçdi” kimi anlamların çox yayğın olması da eyni mənanı ifadə edir. Elə eranın ilk insanın yer üzünə enməsi əsasında hesablanması kimi anlayış da inanc əsasında meydana gəlməsi ilə kökündə eyni mahiyyət daşımasını təzahür etdirir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi