Modern.az

Donald Trampın kürəkəni İraqa getdi

Donald Trampın kürəkəni İraqa getdi

3 Aprel 2017, 10:05

ABŞ prezidenti Donald Trampın kürəkəni, dövlət başçısının böyük məsləhətçisi təyin edilmiş Cared Kuşner İraqa səfər edib.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Kuşnerə İraqa getmək təklifini ABŞ-ın Hərbi Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford edib.

Öz növbəsində "Reuters" bildirib ki, Kuşner İraqda vəziyyəti şəxsən qiymətləndirmək istəyir. O, bununla İraq hakimiyyətinə dəstəyini nümayiş etdirib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq