Modern.az

ADU-da yeni fakültə yaradılıb

ADU-da yeni fakültə yaradılıb

Aktual

3 Aprel 2017, 10:59

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən universitetin Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələri birləşdirilərək onların bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb.

 

Modern.az xəbər verir ki,  iki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır