Modern.az

Gizirin şəhid olmasından bir il ötür

Gizirin şəhid olmasından bir il ötür

3 Aprel 2017, 17:59

Keçən il Aprel ayının  2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi gizir Elimdar Səfərovun şəhid olmasının üzərindən 1 il ötür.

Modern.az xəbər verir ki,  Elimdar Səfərov Nefçala rayonunun  Aşağı Qaramanlı kəndində anadan olub.

O, 26 iyul 1992-ci il tarixindən 4 aprel 2016-cı il tarixinədək xüsusi təyinatlı bölüyün kəşfiyyatçısı olub. Tərtər İstiqamətində gedən döyüşdə düşmənin qaçdığını görərək səngərdən çıxıb çoxlu erməni hərbiçisini “PK” silahı ilə məhv edib. Özü də düşmən snayperinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib. Şəhid sağlığında bir neçə medallarla və təşəkkürnamələrlə təltif edilib.

Onun il mərasimi aprelin 4-də keçiriləcək.

 

Allah rəhmət eləsin!

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir