Modern.az

Bakıda 6 avtobusun hərəkəti dəyişdirilir

Bakıda 6 avtobusun hərəkəti dəyişdirilir

3 Aprel 2017, 18:23

Paytaxtda 6 sərnişin avtobusunun hərəkəti dəyişdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən Trend.az-a verilən məlumata görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığı üçün həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, H1 (Exspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.

Təmir işlərinə axşam saatlarından etibarən başlanılacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi