Modern.az

“Aprel atəş(kəs)i” bir sıra suallara aydınlıq gətirəcək – FOTOLAR

“Aprel atəş(kəs)i” bir sıra suallara aydınlıq gətirəcək – FOTOLAR

3 Aprel 2017, 20:30

Bu gün “Atlas” Araşdırmalar Mərkəzinin rəbəri, siyasi şərhçi Elxan Şahinoğlunun “Aprel atəş(kəs)i” kitabının təqimatı olub. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən müəllif kitabın Qarabağ savaşında həlak olanların əziz xatirəsinə həsr olunduğunu bildirib.
E.Şahinoğlu qeyd edib ki, bu kitab onun sayca üçüncü, Dağlıq Qarabağ mövzusunda isə ikinci kitabıdır: “İlk kitab 2010-cu ildə çap olunmuş “Dağlıq Qarabağ: Statussuz status”, ikinci kitab isə 2015-ci ildə çap olunmuş və Ukraynadakı hadisələrdən bəhs edən “Maydandan Maydana” kitablarıdır. “Aprel atəş(kəs)i” kitabının ərsəyə gəlməsi isə 2016-cı ilş verənlər oldu. Ötən il başlayanda situasiya gərgin idi və hiss olunurdu ki, cəbhə bölgəsində vəziyyət gərginləşə, toqquşmalar baş verə bilər. Elə də oldu. Proqnozlar özünü doğrultdu. Üç ay sonra aprel döyüşləri baş verdi, şəhidlər verdik. Uğurlu nəticələrimiz də oldu. Birinci nəticə o idi ki, Azərbaycan 22 ildən sonra öz gücünü işğalçıya göstərdi. İşğalçı ölkədə belə bir yanlış təsəvvür var idi ki, Azərbaycan ordusu döyüşüb torpaqları geri ala bilməz. Biz onların yaratdığı bu mifi dağıtdıq. İkinci, cəmiyyətdə bir ruh yüksəkliyi yarandı. Xatırlayırsınızsa, həmin günlərdə şəhidlərin dəfn mərasimləri izdihamla həyata keçirilirdi, bütün evlərin balkonunda Azərbaycan bayrağı dalğalanırdı. Nəhayət, üçüncü məqam Ermənistan cəmiyyətinin və siyasi dairələrinin özündə ciddi polemika başladı. Bu polemika indi də davam edir. Bəziləri anlayır, bəziləri isə anlasalar da dillərinə gətirmirlər ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı uçuruma aparır. Bunu parlament seçkiləri öncəsi eks-prezident Levon Ter-Petrosyan da açıqca söyləyib. Ən başlıcası, Ermənistan cəmiyyətində belə fikirlər səslənir ki, niyə bizim gənclərimiz Ermənsitanda deyil, hətta Dağlıq Qarabağda da deyil, Ağdam və Füzulidə ölməlidirlər? Bu sual da aprel döyüşlərindən sonra ciddi şəkildə müzakirə olunmağa başlayıb”.

E.Şahinoğlu qeyd edib ki, aprel döyüşlərindən sonra böyük dövlətlərin, o cümlədən Rusiyanın Ermənistana təsir edib münaqişənin həllini sürətləndirəcəyi gözləntisi var idi: “Hətta, mətbuatda 5 rayonun azad olunacağı barədə xəbərlər yayılırdı. Mən o zaman da bu optimizmi bölüşmürdüm. Çünki optimizm üçün əsas yox idi. Prezidentlər arasında Vyana və Sankt-Pererburqda görüşlər oldu. Həmin görüşlər nəticəsiz oldu, əksinə bizə ATƏT-in montorinq qrupunun üzvlərinin sayının artırılması ilə bağlı təzyiqlər oldu. Rusiyaya olan ümidlər də puç oldu.  Bu kitab yalnız informasiya yüklü bir kitab deyil. Çünki cəmiyyətdə onsuz da informasiya boldur. Kitabda ağırlığı daha çox analizə, araşdırmaya veridik. Aprel döyüşləri, onun səbəbləri nə idi, nəticəsi nə oldu, böyük dövlətlərin rolu nədən ibarət oldu? Bundan sonrakı hadisələr necə inkişaf edəcək? Bu suallara cavab tapmağa çalışdıq. Tam cavablarımız olduğunu deyə bilmərəm. Amma hər halda polemika üçün müəyyən əsaslar verdik. Əgər oxucular kitabı diqqətlə oxusalar həmin suallara cavab tapa bilərlər”

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi