Modern.az

Yaş artdıqca “poxmel”in fəsadları niyə daha ağır olur? – Alimlərdən CAVAB

Yaş artdıqca “poxmel”in fəsadları niyə daha ağır olur? – Alimlərdən CAVAB

3 Aprel 2017, 21:29

Alimlər insan orqanizminin alkoqola qarşı dözümlülüyü (poxmel) ilə bağlı yeni araşdırma aparıblar. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Qlazqo Universitetlərinin alimlərinin araşdırması insanların yaşının artması ilə onların içki sonrası durumu arasında birbaşa bağlılıq aşkar ediblər.

 

Belə ki, yaş artdıqca içkisonrası ağırının artması böyrəyin ifraz etdiyi fermentlərin ildəm-ilə azalması ilə bağlıdır. Məsələn böyrəkdəki alkoqoldehidroqenaza birləşməsi alkoqlu asetaldeqid birləşməsinə çevirir. Ardınca, asteldeqid asetata o isə su və karbona çevrilir. 21 yaşda bu prosedur asanlıqla keçsə də, yaxş artdıqca, toksik asetaldeqidin həzmi üçün daha çox vaxt tələb olunur və nəticədə “poxmel” effekti yaranır.

 

Yaş artdıqca, insan bədənində piy qatının miqdarı da artır. Bu isə orqanizmin alkoqola daha həssas olmasına səbəb olur. Piy miqdarı çox olan qadınların daha tez sərxoş olmaları da məhz bu amillə izah olunur. Digər tərəfdən, insanların yaşla bədənindəki su moiqdarı azalır və bu da bədəndəki alkoqolu nəzarətdə saxlamağa mane olur.

 

Yaş artdıqca, bədəndə toplanan toksik problemlərdən azad olmaq get-gedə çətinləşir. Xüsusən, 50 yaşdan sonra immunitetin zəifləməsi aşkar hiss olunur və xroniki xəstəliklərə qarşı dərman qəbul edən insanlar alkoqol qəbul edən zaman onların koqnitiv qabiliyyətləri zəifləyə bilər.

 

Heç şübhəsiz ki, insanın həyat tərzi onun “poxmel” olmasına birbaşa təsir göstərir. Alimlərin fikrincə, 29 yaş “poxmel”in ən ağır dövrüdür. Bu həm bioloji, həm də xarici təsirlərlə bağlıdır.

 

 

Vüqar İSMAYILOV  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər