Modern.az

Kürdəmirdə çaqqallar kəndə hücum edib - VİDEO

Kürdəmirdə çaqqallar kəndə hücum edib - VİDEO

3 Aprel 2017, 22:29

Çaqqallar Kürdəmirin Cəyli kəndində 2 təsərrüfata ziyan vurublar. Modern.az xəbər verir ki,  yırtıcılar Salamat Hacıyev və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu heyvanı yaralayıblar.

Zərərçəkən Salamat Hacıyev “ARB TV”yə xəbər verir ki, səhər saatlarında qoyunları evin yanına keçirib: “Tez-tez arada baxırdım. Saat 9-10 radələrində qoyunun biri qaçıb gəldi qapıya. Çıxıb gördük ki, hamısını yaralayıb. Mənim cəmi 6 qoyunum var. Hamısını yaralayıb".

Maraqlısı odur ki, çaqqallar gec yox, məhz səhər saatlarında heyvanlara hücum ediblər. Xırdabuynuzlulardan tələf olanı yoxdur. Yaralı heyvanlara vaksinlər vurulub, ərazi dezinfeksiya edilib.

Kürdəmirdə təsərrüfatlara yırtıcı hüxumunun artması da təsadüfü deyil. Mütəxəssislər bunu son vaxtlar yırtıcıların sayının artması ilə əlaqələndirirlər.

Baytarlar hücumların qarşısının alınması üçün çıxış yolunun olduğunu bildirirlər.

Bir neçə gün öncə isə canavarların ardıcıl olaraq Kürdəmirin bir neçə kəndində fərdi təsərrüfatlara hücumu tələfatla nəticələnib”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir