Modern.az

Sankt-Peterburqdakı terrorda azərbaycanlı yaralanıb

Sankt-Peterburqdakı terrorda azərbaycanlı yaralanıb

3 Aprel 2017, 23:08

Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib. Modern.az APA-ya istinadən xəbər verir ki, Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.

E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.

Xəstəxanadan verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər