Modern.az

İki  yaşlı uşaq su kanalında batıb

İki  yaşlı uşaq su kanalında batıb

3 Aprel 2017, 23:41

Ağcabədidə 2 yaşlı uşaq su kanalında batıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu, Ağcabədi şəhərində 2015-ci il təvəllüdlü Quliyev Yasin Xəyyam oğlunun kanalda batması barədə məlumat daxil olub.

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir