Modern.az

Daha bir müxalifətçi tələbə unversitetdən qovuldu

Daha bir müxalifətçi tələbə unversitetdən qovuldu

Təhsil

13 Aprel 2011, 17:35

Barəsində həbs-qətimkan tədbiri seçilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Təşkilatının üzvü Cabbar Savalanlı təhsil aldığı Sumqayıt Dövlət Universitetindən (SDU) xaric edilib. Bu barədə C.Savalanlının təhsil aldığı SDU-nun Tarix fakültəsinin dekanı Adil Baxşəliyev məlumat verib.
Dekan C.Savalanlının fevral ayının əvvəlindən etibarən dərslərə gəlmədiyini, bu səbəbdən də SDU-nun tələbələr sırasından xaric edildiyini deyib: “O, bir ay müddətində dərsə gəlmədiyindən belə bir əmr verildi”.(APA)
C. Savalanlının vəkili Anar Qasımov isə məsələdən xəbərsiz olduğunu deyib. O, C.Savalanlı ilə bağlı növbəti məhkəmə prosesinin aprelin 15-i saat 12.00-da keçiriləcəyini bildirib.

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi və AXCP Gənclər Təşkilatının üzvü olan C.Savalanlı bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb.
Fevralın 7-də isə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?