Modern.az

Nazir müavini bəzi otellərə sanksiya tətbiqini təklif etdi

Nazir müavini bəzi otellərə sanksiya tətbiqini təklif etdi

Aktual

4 Aprel 2017, 17:21

“Azərbaycanda standartlara uyğun olmayan, özünə yalandan ulduz yapışdıran otellərə qarşı sanksiyalar- cərimə tətbiq olunmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

 

N.Səmədov deyib ki, Azərbaycanda 554 hotel qeydiyyata alınıb. Amma yalnız 130-u sertikatlaşdırmadan keçib.

 

“Ola bilər ki, onlar daha çox ulduz yapışdırırlar, amma sanksiyalar yoxdur. Amma buna görə sanksiyalar - cərimə tətbiq olunmalıdır. Əgər bu standarta uyğun deyilsənsə, niyə 3, 4 ulduz yapışdırırsan? Bunun üçün cərimə tətbiq olunmalıdır”.

 

N.Səmədov deyib ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir:

 

“Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, otellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu ootellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

 

N.Səmədov deyib ki, nazirlik “ Turizm haqqında” qanun layihəsinin qəbulunu çoxdan gözləyir.

 

“Çünki ötən ildən başlayaraq, turistlər çox intensiv şəkildə gəlməyə başlayıb. Bu, müəyyən baryerlərin aradan qaldırılması ilə mümkün olub. Bu, turizmin inkişafına bir təkan verib. Lakin bu mərhələdə bizim əsas məqsədimiz təhlükəsizliyi qorumaqla keyfiyyəti artırmaq və yeni məhsul ortaya çıxarmaqdır”.

 

Qeyd edək ki, müzakirələrdən sonra “Turizm haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!