Modern.az

Səlim Müslümov qalmaqallı mərkəz direktorunu "vurdu"

Səlim Müslümov qalmaqallı mərkəz direktorunu "vurdu"

4 Aprel 2017, 17:35

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

 

Modern.az xəbər verir ki, Mia.az-ınməlumatına görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovu işdən azad edib. İ.Hüseynov nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.

 

Məlumat üçün bildirək ki, son günlər İlham Hüseynovun adı rüşvət qalmaqalında hallanırdı. Onun Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yeyintilərə yol verməsi ilə bağlı bir sıra media qurumlarında məlumatlar da yayılmışdı. Hətta mərkəz direktorunun nazir Səlim Müslümov tərəfindən cəzalandırılacağı da bildirilirdi. 

 

Görünür, nazir İ.Hüseynovu aşağı vəzifəyə keçirməklə cəzalandırıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?