Modern.az

Məşhurlaşmadan əvvəl başqa peşə sahibi olan 11 futbolçu

Məşhurlaşmadan əvvəl başqa peşə sahibi olan 11 futbolçu

Aktual

4 Aprel 2017, 17:36

Peşəkar futbol həyatında addım atmazdan əvvəl müxtəlif peşələr üzrə çalışan futbolçuları tanıyırsınız? Onlar arasında təmizlikçilik edən də var, NASA-da stajçı olmağı bacaran da...


Modern.az
saytı idmandan əvvəl fərqli peşələrdə çalışmış 11 futbolçunu təqdim edir.

 

 

 

 

 

 

 

 

Rickie Lambert



 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəlki işi: Çuğundur zavodunda fəhlə

Peşəkar olma tarixi: 2001-ci il

 2001-ci ildə Macclesfield Tovn ilə məşqlərə çıxarkən Lambertin futboldan bir gəliri yox idi və bir çuğundur zavodunda fəhlə kimi işləyirdi. Southampton və Liverpul formaları geyinən qolçu oyunçu, 2013-cü ildə İngiltərə Milli Komandasına da çağırılıb. 34 yaşlı oyunçu hazırda Cardiff City-də forma geyinir.

 

Peter Schmeichel

 

Əvvəlki işi: Təmizlikçilik, tekstil işçisi

 

 Peşəkar olma tarixi: 1987-ci il

 

 Mançester United-in əfsanə qapıçısı Schmeichel, Brondbay-a transfer olub professional olmadan əvvəl temizlikçilik və toxuculuq kimi işlər görüb.

 

Miroslav Klose

 

 

Əvvəlki işi: Dülgər

 

Peşəkar olma tarixi: 1998-ci il

 

Kaiserslauternde peşəkar olmadan əvvəl Klose, bir dülgərin yanında şagirdlik olub. Sonrakı illərdə yaşadığı uğurlarla Alman futbol tarixinə adını qızıl hərflərlə həkk etdirdi.

 

Stuart Pearce

 

Əvvəlki işi: Elektrik mütəxəssisi

 

Peşəkar olma tarixi: 1978-ci il

 

 İngilis futbolunun "Psix" ləqəbli unudulmaz fiquru Stuart Pearce, Vealdstone-də peşəkar karyerasına başlamazdan əvvəl elektrik mütəxəssisi olub.

 

Chris Vaddle

 

 

Əvvəlki  işi: Sosiska fabrikasında mövsümlük işçi

 

Professional olma tarixi: 1980-ci il

 

Newcastle, Tottenham, Marsel və Sheffield Wednesdayde keçirdiyi uğurlu günlərdən əvvəl  Kris Waddle bir kolbasa zavodunda mövsümi işçi olaraq çalışırıb. İndilərdə isə şərhçilik və köşə yazarlığı ilə məşğul olur.

 

İain Dovie

 

 

Əvvəlki işi: Mühəndis

 

Professional olma tarixi: 1988-ci il

 

Bəli, Dowie bir raket alimidir. 16 yaşında Southampton tərəfindən rədd edilindən Hertfordshire Universitetində mühəndislik oxumağa başlayan Şimali İrlandiyalı köhnə futbolçu qısa bir müddət British Aerospacede işlədikdən sonra yenidən futbolu seçib. Məşqçilik də edən Dovie, indilərdə Sky Sportsda yazrlıq edir.

 

Shaka Hislop

 

 

Əvvəlki işi: NASA-da stajçı, Mühəndis

 

 Peşəkar olma tarixi: 1992-ci il

 

Vaşinqtonun Hovard Universitetindən fərqlənmə ilə məzun olan Hislop, futbol həyatına atılmadan əvvəl NASA internatura etmiş və Karib Hövzəsində aparılan bir layihədə yer almışdı. Peşəkar həyatına isə Readingde başladı. 2007-ci ildə futbola vida etib və hazırda idman telekanalı olan ESPN-də  çalışır.

 

Julio Cruz

 

 

Əvvəlki işi: Bağban

 

Peşəkar olma tarixi: 1993-cü il

 

 Maraqlı hekayələrdən biri... Argentina komandalarından olan  Banfield-də bağbanlıq edən Julio Cruz, istedadları kəşf edildikdən sonra Avropada Feyenoord, Bolonya, İnter və Lazio kimi komandaların formasını geyinib və 22 dəfə Argentina Milli Komandasının formasını geyinib.

 

 Jamie Vardy

 

 Daha əvvəlki işi: Zavod işçisi

 Peşəkar olma tarixi: 2010-cu il

 Həvəskar liqada forma geyərkən Jamie Vardy, bir yandan da karbon lif splint istehsal edən fabrikdə fəhləlik edirdi. Gec kəşf edildi, Leicester City transfer olduqdan sonra həyatı dəyişdi. Ötən mövsüm komandanın yaşadığı möcüzəli çempionatında sanki baş rol oynadı.

 

 Craig Noone

 

Daha əvvəlki işi: Dam ustası

Peşəkar olma tarixi: 2008-ci il

Peşəkar olmadan əvvəl Stiven Gerrardın damına kirəmit döşəyib Noone. İllər sonra tale onları Cardiff City ilə Liverpul arasında oynanan matçda yaşıl meydançada bir daha qarşılaşdırdı. 2008de Plymouthta peşəkar olandan sonra Cardiffin Premier Liqaya yüksəlməsində mühüm rol oynadı.

 

 Charlie Austin

 

 

 Əvvəlki işi: Hörgüçü

 

Peşəkar olma tarixi: 2009-ci il

Çarli Ostin, Reading bazasından ayrıldıqdan sonra yolunu tutduğu Poole Tovn forma geyərkən, bir tərəfdən də divar sənətkarlıq edirdi. Swindon Tovn peşəkar futbola addım atdı və hazırda Southamptonda forma geyinir.

 

Qafar Ağayev

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!