Modern.az

ABŞ Ermənistandakı seçkiləri tənqid etdi

ABŞ Ermənistandakı seçkiləri tənqid etdi

Aktual

4 Aprel 2017, 21:00

ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda seçicilərin səslərinin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktlar qeyd olunub: “Bu şübhələri aradan qaldırmaq üçün Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi müxanizmlərin istifadəsi ilə birgə işləməyə çağırırıq. Birləşmiş Ştatlar beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını, həmçinin pozuntular barədə şikayətləri öyrənməyə və analiz etməyə davam edir. Seçkilərin nəticələri məlum olduğu vaxtda biz tərəfləri – hökuməti, müxalifəti və vətəndaş birliklərini dinc diskusiyalar və müzakirələrdə iştirak etməyi davam etdirməyə çağırırıq”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!