Modern.az

Terrorda ölən azərbaycanlı qız əslən Borçalıdandır

Terrorda ölən azərbaycanlı qız əslən Borçalıdandır

5 Aprel 2017, 00:13

Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı qız əslən Borçalının Faxralı kəndindəndir. Modern.az APA-ya istinadən xəbər verir ki, Dilbər (Dilbarə) Səməndər qızı Əliyeva Rusiya vətəndaşı olsa da, əslən Bolnisinin Faxralı kəndindəndir. Onun ata-anası bir müddət Bakıda yaşadıqdan sonra Sankt-Peterburq şəhərinə köçüblər. Bu barədə Faxralı kənd icra nümayəndəsi Novruz Abbasov bildirib

Onun sözlərinə görə, D. Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub: “Atası 5 il bundan əvvəl Faxralıya gəlmişdi. Onların Sankt-Peterburqda evləri var. Onlar Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırdılar”.

N. Abbasov D. Əliyevanın nəşinin sabah Bakıya gətiriləcəyini və Bakıda torpağa tapşırılacağını bildirib: “Ailənin Bakıda qohumları çoxdur. Məhz buna görə də qərara alıblar ki, Bakıda torpağa tapşırsınlar”.

Qeyd edək ki, metroda partlayış zamanı yaralanan Dilbər Əliyevanı təcili olaraq Mariinsk xəstəxanasına aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər