Modern.az

Deputat din xadiminin də cəzalandırılmasını istəyir

Deputat din xadiminin də cəzalandırılmasını istəyir

Aktual

5 Aprel 2017, 00:43

“Gəncədə bir "insan"ın öz qardaşı qızını qaçırması, birlikdə yaşaması və dini nigaha daxil olması ilə bağlı yayılmış xəbərləri bir az öncə dəhşət içərisində oxudum. Və hələ də ola bilməz, yəqin yanlış məlumat yayılıb, deyərək belə bir şeyin baş vermədiyinə inanmaq istəyirəm. Çünki bu çox dəhşətli bir şeydir və onların hər iksinin psixoloji vəziyyətlərinin normal olmadığını düşünürəm”. Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva Gəncədə əminin qardaşı qızını qaçırmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin qənaətinə görə, normal adam belə bir şeyi nəinki etməz, etməyi belə düşünə bilməz: “Yayılan məlumatlarda məni dəhşətə gətirən bir məsələ də qardaşı qızı ilə əminin dini nigaha girməsi oldu. Bu məsələ ciddi araşdırılmalıdır və əgər məlumatlar doğrudursa, buna yol verən din xadimi dəhşətli bir addım atdığının məsuliyyətini daşımalıdır. Cəmiyyətdə əxlaqi və psixolji deqradasiyaya uğrayan insanların artması ciddi narahatlıq doğurmalıdır. Nə etməli? İndi bu vacib sual ətrafında psixoloqlar, mütəxəssislər fikirlərini bölüşməlidir. Bu cür dəhşətli hadisələrin artmaması üçün.Və cəmiyyət olaraq birlikdə çalışmalıyıq”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!