Modern.az

İsveçin baş naziri Stokholmdakı insidenti terror aktı adlandırıb

İsveçin baş naziri Stokholmdakı insidenti terror aktı adlandırıb

7 Aprel 2017, 18:15

İsveçin Baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb.

 

Modern.az xarici KIV-ə istinadən məlumat verir ki, bir qədər əvvəl polis də bu hadisənnin terror aktı kimi nəzərdən keçirildiyi barədə xəbər verib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb.

Sürücü maşını küçənin piada hissəsində gəzən insanalrın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

 

Yük maşını maqazinlərdən birinin vitrininə çırpılaraq dayanıb.

Hadisə yerində polis və təcili tibbi yardım heyəti çalışır. İnsident araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi