Modern.az

“Stokholm terrorunda azərbaycanlıların xəsarət alması ilə bağlı məsələ araşdırılır”

“Stokholm terrorunda azərbaycanlıların xəsarət alması ilə bağlı məsələ araşdırılır”

Aktual

7 Aprel 2017, 18:45

"Stokholmda baş vermiş hadisədə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi İsveçdəki səfirliyimiz tərəfindən bu ölkənin müvafiq orqanları vasitəsi ilə araşdırılır".

 

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

 

Qeyd edək ki, Stokholmda yük maşınını idarə edən sürücü avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində hələlik 3 nəfərin öldüyü, çoxsaylı yaralının olduğu deyilir.

 

Hadisəni törədən şəxs saxlanılıb. İsveçin baş naziri Stefan Loven əlamətlərə görə hadisənin terror aktı olmasının ehtimal edildiyini bildirib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!