Modern.az

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi

Aktual

7 Aprel 2017, 20:01

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib. Modern.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

QHT-lər illik maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!