Modern.az

“Azəriqaz”da növbəti “açıq mətbuat saatı” olacaq

“Azəriqaz”da növbəti “açıq mətbuat saatı” olacaq

14 Aprel 2011, 18:07

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların maarifləndirilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən tədbirlər çərçivəsində növbəti “açıq mətbuat saatı” keçiriləcək. Bu barədə Modern.az saytına Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin  (ARDNŞ) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, “açıq mətbuat saatı” aprelin 15-də saat 12:00-dan 13:00-dək olacaq.  Bu dəfə jurnalistlərin istehlakçılara satılan təbii qaza nəzarət, satılan təbii qazın hesabatının aparılması, təbii qazın sərfiyyatına görə yaranan borclar, yeni əhali və qeyri-əhali abonentlərinin layihələr üzrə uçota alınması məsələləri haqda sualları cavablandırılacaq. Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq mövzu ilə əlaqədar “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Xəyal Ağamirovdan suallarına cavab ala bilərlər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?