Modern.az

Almaniyada qaçqınlara münasibət dəyişir

Almaniyada qaçqınlara münasibət dəyişir

7 Aprel 2017, 23:35

Əksər almanlar ölkələrinin yeni qaçqınlar qəbul etmək gücünün tükəndiyini düşünür. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın qərbində bu hisslər şərqlə nisbətdə daha güclüdür.

 

 

Bertelsman fondunun keçirdiyi son rəy sorğuları 54% vətəndaşın ölkənin yeni qaçıqn qəbul etməməli olduğunu bildirib.Ölkənin qəbrində belə sakinlərin sayı 55%, şərqdə isə 51%-dir.

 

 

Bu amil qərbə daha çox miqrantın axın etməsi ilə bağlıdır. Maraqlıdır ki, rəyi soruşulunalar arasında miqrantlara qarşı daha liberal yanaşanlar arasında 14-29 yaşlı yeniyetmələr, buna isti baxmayanlar arasında isə yaşlı nəslin nümayəndələri var.

 

 

Almanları əsas qorxudan təhsil sistemi, əmlak bazarı, yerlilərlə gəlmələr arasında münaqişələrin olması, və s. narahat edir. Bununla yanaşı, bəzi almanlar mədəni mübadilənin güclənməsi və multikultural cəmiyyətin yaranması baxımından bu addımı müsbət dəyərləndirib.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır