Modern.az

Tələbə təqaüdünün  gecikmə səbəbi - VİDEO

Tələbə təqaüdünün  gecikmə səbəbi - VİDEO

Aktual

8 Aprel 2017, 00:56

Ötən aydan etibarən dövlət üniversitetlərində təhsil alan tələbələrə təqaüdlərin verilməsində yubanmalar yaşanır. Tələbələr təqaüdlərini gecikmələrlə alırlar. Modern.az “Xəzər TV”yə istinadən xəbər verir ki, tələbələrin bir qismi fevral ayının təqaüdünü almadığını bildirir. Amma bəziləri bir ay gecikmə ilə də olsa fevralın təqaüdünü aldıqlarını deyirlər.

 

Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mayis Piriyevin verdiyi məlumata görə, təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb.

 

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da sözügedən problemin qısa zamanda həll olunacağını bildirdi.

 

Səbəbindən asılı olmayaraq yubanan təqaüdlərin hesablarına yatırılacağı günü tələbələr səbirsizliklə gözləyirlər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?