Modern.az

Kolumbiyada 100-dən çox uşaq sel və daşqında ölüb

Kolumbiyada 100-dən çox uşaq sel və daşqında ölüb

8 Aprel 2017, 08:51

Kolumbiyanın Mokoa şəhərində baş verən daşqınlar nəticəsində 102 uşaq ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar. Ötən həftə baş verən təbii fəlakətdə ümumilikdə 314 nəfər ölüb, 332 nəfər yaralanıb.

Daşqınlar zamanı 127 nəfər itkin düşüb. Onların arasında İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir