Modern.az

Lapşinin həbsindən sonra Qarabağa getmək istəyən əcnəbilərin Azərbaycana müraciəti artıb

Lapşinin həbsindən sonra Qarabağa getmək istəyən əcnəbilərin Azərbaycana müraciəti artıb

8 Aprel 2017, 10:35

Bir neçə dövlətin vətəndaşlığını daşıyan bloqer Aleksandr Lapşin Azərbaycanın sərhədlərini pozaraq, Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Ərazi bütövlüyümüz əleyhinə açıq şağırışlar etdiyinə görə beynəlxalq axtarışa verilərək,  2016-cı ilin 15 dekabrında Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Lapşinə qədər də Dağlıq Qarabağa icazəsiz səfər təşkil edən əcnəbi jurnalistlərə rast gəlinib. Onlar Azərbaycan sərhədlərini kobudcasına pozmaqda ittiham olunublar.


“Aleksandr Lapşinin həbs edilməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağa səfərlər təşkil etmək üçün müraciət edən əcnəbi jurnalistlər var. Xüsusilə, Aleksandr Lapşin hadisəsindən sonra bu cür müraciətlərin sayı daha da artıb”.

Bu barədə Modern.az-a  Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

“Qarabağa səfər etmək istəyənlər xarici Kütləvi İnformasiya Vasitələrinin və araşdırma mərkəzlərinin nümayəndələri olub. Məsələn, “Əl-Cəzirə” kanalının, Polşanın İctimai televiziyasının və bir sıra media orqanlarının nümayəndələri işğal olunmuş ərazilərə səfərlər ediblər. Bu, Azərbaycan Respublikasının icazəsi və Xarici İşlər Nazirliyinin verdiyi akkreditasiya sənədləri əsasında həyata keçirilib”-deyə Hikmət Hacıyev bildirib.

XİN-in mətbuat katibi, bloqer Lapşinin həbs edilməsinin Qarabağa səfər etmək  məsələsindəki rolundan da bəhs edib.

 “Lapşinin həbs edilməsi burada xüsusi maarifləndirici rol oynayır. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin həmin məsələdə mövqeyi birmənalıdır. Eyni zamanda, mövqeyimiz konstruktivdir və qanunun aliliyinə əsaslanır. Azərbaycanın qanunlarına, ərazi bütövlüyünün suverenliyinə hörmət edən beynəlxalq media nümayəndələri ilə də konstruktiv əməkdaşlığa hazırıq.

Lapşin hadisəsindən əvvəl xarici KİV nümayəndələrinin Azərbaycanın icazəsi əsasında Qarabağa səfər etmələri ilə bağlı müraciətləri mövcud olub. Lakin Lapşin hadisəsindən sonra bu tendensiyanın artmasını gözləyirdik. Artıq gözləntilərimiz özünü doğrultmaqdadır”.

Xatırladaq ki, Fransadan olan sərbəst reportyor Roman Myelkarek Ermənistan tərəfindən işğal edilən torpaqlara getmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.

Jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib.

 

 

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir